Özbəkistanda vətəndaşları xaricdəki silahlı münaqişələrdə iştiraka cəlb etməkdə ittiham olunan şəxs məhkum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, Daşkənd sakini 2018-ci ildə Suriyaya gedərək silahlı qruplaşmaya qoşulub. Daha sonra o, “Instagram” vasitəsilə gəncləri döyüş əməliyyatlarında iştiraka cəlb etməyə çalışıb.
Bildirilir ki, məhkum 4 nəfəri Suriyaya getməyə razı sala bilib. Həmin şəxslərin dini-ekstremist məzmun əlamətləri olan təbliğat materiallarına qulaq asdıqları qeyd olunur.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media

































































































