Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Hazırda oxunan: Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

609222

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampı Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpinlə bir sıraya qoyaraq, onları “Avropanın düşmənləri” adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

O, Avropanı fəallaşmağa və dünyadakı nüfuzundan istifadə etməyə çağırıb.
 

“ABŞ prezidenti, Rusiya prezidenti və Çin sədrinin avropalılara qarşı durduğu bu anın unikal bir məqam olduğu faktını lazımi qədər qiymətləndirməmək olmaz», — deyə Makron bildirib.


“Hazırda 5-ci maddə ilə bağlı şübhələr yaranır”, — deyən Makron, NATO-nun əsas prinsipi olan qarşılıqlı müdafiəni (təşkilat üzvlərinin hücum zamanı bir-birinə kömək etməsini) nəzərdə tutub.

“Bu şübhələr faktiki olaraq alyansın möhkəmliyini zəiflədir”, — deyə Makron bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin