Trampdan ƏMR – “Hörmüzə mina yerləşdirən bütün gəmilər məhv edilsin” – FOTO

Hazırda oxunan: Trampdan ƏMR – “Hörmüzə mina yerləşdirən bütün gəmilər məhv edilsin” – FOTO

608943

“Mən ABŞ Hərbi Dəniz Qüvvələrinə əmr etmişəm ki, Hörmüz boğazının sularına mina yerləşdirən istənilən qayığı – kiçik qayıq olsa belə (onların bütün 159 hərbi gəmisi artıq dənizin dibindədir!) – dərhal vurub məhv etsinlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth social” hesabında yazıb.

“Heç bir tərəddüdə yol verilməməlidir. Bundan əlavə, mina təmizləyən gəmilərimiz hazırda boğazı təmizləyir. Bu fəaliyyətin davam etdirilməsini, lakin üçqat gücləndirilmiş şəkildə aparılmasını əmr edirəm”, - deyə ABŞ lideri vurğulayıb.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.

Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.

Aprelin 8-də isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.

Aprelin 13-dən etibarən ABŞ Hörmüz boğazını blokadaya almağa başlayıb. Aprelin 17-də İran Hörmüz boğazını açsa da, cəmi bir gün sonra SEPAH boğazın yenidən bağlandığını elan edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin