Yaponiyadakı zəlzələdə xəsarət alanlar var

Hazırda oxunan: Yaponiyadakı zəlzələdə xəsarət alanlar var

608364

Aprelin 20-də Yaponiyanın şimal-şərq sahillərində qeydə alınan 7,7 bal gücündə zəlzələ nəticəsində azı altı nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin fövqəladə halların idarə olunması naziri Jiro Akama açıqlama verib.

Onun sözlərinə əsasən, xəsarət alanlardan dördünün vəziyyəti yüngül, iki nəfərin isə ağırdır.

Qeyd edək ki, güclü zəlzələ Sakit okeanda Tohoku bölgəsinin şimal-şərq sahillərinin şərq hissəsində baş verib.

Hadisədən sonra İvate, Aomori və Miyagi prefekturalarının şimal-şərq sahilləri, eləcə də Hokkaydonun cənub sahilləri üçün hündürlüyü üç metrədək olan sunami xəbərdarlığı elan edilib.

Lakin sahilə çatan dalğaların hündürlüyü 80 santimetrə qədər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin