"İran limanlarına tətbiq edilən blokada səbəbindən Tehran hər gün təxminən 500 milyon dollar zərər görür".
Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşımında qeyd edib:
“Razılıq əldə olunana qədər qaldırmayacağımız blokada İranı ciddi şəkildə zəiflədir. Onlar gündə 500 milyon dollar itirirlər ki, bu da qısa müddət üçün belə davamlı deyil”.
ABŞ Prezidenti əlavə edib ki, bəzi media orqanları “Amerika əleyhinə saxta xəbərlər” yayır və İranın üstünlük qazanmasını istəyir.
Tramp, həmçinin medianın yaydığı məlumatların əksinə olaraq, ABŞ-nin hərbi sahədə ciddi irəliləyişlər əldə etdiyini bildirib: “Mən müharibədə böyük fərqlə qalib gəlirəm, işlər çox yaxşı gedir, ordumuz inanılmaz nəticələr göstərir”.
Qeyd edək ki, ABŞ 13 apreldən etibarən İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmilərə qarşı dəniz blokadasına başlayıb.

Bizim.Media

- A-
- A
- A+
Dünya
08:30 / 21.04.2026
Tramp: “Hörmüzün blokadası yalnız bu halda aradan qaldırılacaq” – FOTO
Hazırda oxunan: Tramp: “Hörmüzün blokadası yalnız bu halda aradan qaldırılacaq” – FOTO
Hazırda oxunan: Tramp: “Hörmüzün blokadası yalnız bu halda aradan qaldırılacaq” – FOTO
608352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































