BU ÖLKƏDƏ məktəblərdə mobil telefon qadağası qanuniləşdirilir

Hazırda oxunan: BU ÖLKƏDƏ məktəblərdə mobil telefon qadağası qanuniləşdirilir

608335

Böyük Britaniyada məktəblərdə mobil telefonların istifadəsinə qoyulan qadağanın qanuni qüvvəyə minməsi planlaşdırılır.

Bizim.Media “The Independent”ə istinadla xəbər verir ki, bu məsələ ilə bağlı təklif bu gün Lordlar Palatasında səsverməyə çıxarılacaq.

Hökumət “Uşaqların rifahı və məktəblər haqqında” qanuna dəyişiklik edərək mobil telefon qadağasını rəsmi şəkildə qanuniləşdirməyi nəzərdə tutur.
 

Təhsil Nazirliyinin nümayəndəsi bildirib ki, bu dəyişiklik artıq məktəblərdə tətbiq olunan qaydaların hüquqi əsasını təşkil edəcək.


Nazirlikdən verilən açıqlamada o da qeyd olunub ki, mobil telefonların məktəblərdə yeri yoxdur və məktəblərin əksəriyyəti artıq onları qadağan edib.

Bildirilir ki, yeni qərar nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində atılan addımların davamıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin