Lukaşenko: “Mən Zelenski deyiləm ki, Trampın yanına pul və silah dalınca qaçım” - VİDEO

Hazırda oxunan: Lukaşenko: “Mən Zelenski deyiləm ki, Trampın yanına pul və silah dalınca qaçım” - VİDEO

608054

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-a səfər etmək və Donald Trampla əl sıxmaq həvəsində olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, o, bu fikri RT-yə müsahibəsində səsləndirib.

Lukaşenko qeyd edib ki, ABŞ lideri ilə görüş onun üçün özlüyündə məqsəd deyil.
 

“Mən Volodimir Zelenski deyiləm ki, Trampın yanına pul və ya silah istəməyə qaçım”, - deyə Belarus lideri vurğulayıb.


Bununla yanaşı, Lukaşenko bildirib ki, Belarus ABŞ ilə böyük sövdələşməyə hazırdır. Onun sözlərinə görə, belə bir razılaşma hər iki ölkənin maraqları nəzərə alınmaqla hazırlanmalıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin