Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətindəki Taqanroq şəhərinə raket zərbəsi endirib. Zərbə "Molniya" dronları və "Orion" pilotsuz uçuş aparatları üçün komponentlər istehsal edən "Atlant Aero" müdafiə sənayesi şirkətinə dəyib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” kanalı məlumat yayıb.
Hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib.
Ukrayna Hərbi Dəniz Qüvvələri zərbənin "Neptun" raketləri ilə həyata keçirildiyini dəqiqləşdirib.
Qeyd olunur ki, bu obyektin məhv edilməsi Rusiyanın dron istehsal imkanlarını azaldacaq və rus ordusunun Ukraynadakı mülki hədəflərə zərbə endirmək qabiliyyətini zəiflədəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:00 / 19.04.2026
Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavoduni vurdu
Hazırda oxunan: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavoduni vurdu
Hazırda oxunan: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavoduni vurdu
608043
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































