Şanlıurfa Valiliyi Siverek rayonundakı məktəbə hücumla bağlı 1 nəfərin saxlanıldığını, rayon polis idarəsi və rayon milli təhsil idarəsindən 4 rəhbər şəxsin vəzifələrindən kənarlaşdırıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Valilikdən verilən açıqlamaya görə, iki rayon polis rəisi və iki rayon milli təhsil müdirliyi rəsmisi vəzifələrindən azad edilib və istintaqa bir müfəttiş təyin edilib.
Hücum nəticəsində şagirdlər də daxil olmaqla on altı nəfər yaralanıb. Açıqlamada müalicəsi tamamlanan 7 nəfərin evə buraxıldığı, 3 nəfərin vəziyyətinin ağır olduğu, 9-nun isə müalicəsinin xəstəxana şəraitində davam etdiyi qeyd olunub.
"Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində məktəbin keçmiş şagirdi Ö.K. tərəfindən törədilən silahlı hücumda yaralanan 16 nəfərdən 7-nin xəstəxanadan buraxılıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, hadisənin aydınlaşdırılması üçün Siverek Cümhuriyyət Baş Prokurorluğu tərəfindən başladılan məhkəmə istintaqı çərçivəsində 1 şübhəli şəxs saxlanılıb.
Hadisənin baş verdiyi məktəbdə dərslər dörd gün müddətinə dayandırılıb.
Bizim.Media





































































































