Səudiyyə Ərəbistanı ABŞ-dan bunu XAHİŞ ETDİ

Hazırda oxunan: Səudiyyə Ərəbistanı ABŞ-dan bunu XAHİŞ ETDİ

606956

Səudiyyə Ərəbistanı ABŞ-dən Hörmüz boğazına tətbiq etdiyi blokadanı ləğv etməyi və danışıqlar masasına qayıtmağı istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti yazıb.

Ərəb rəsmilərinin bildirdiyinə görə, Ər-Riyad Donald Trampın keçidi bağlamaq qərarının İranı gərginliyi daha da artırmağa vadar edəcəyindən narahatdır.

Xüsusilə İranın cavab olaraq Bab əl-Məndəb boğazı kimi digər strateji marşrutlarda da təhlükəsizliyi pozacağı ehtimalı qeyd olunur.

Hesabatda vurğulanır ki, Qırmızı dənizdə yerləşən Bab əl-Məndəb boğazı Səudiyyə Ərəbistanının neft ixracı və Asiya ilə Avropa arasında ticarət üçün əsas marşrutlardan biri hesab olunur.

Səudiyyə rəsmiləri həmin keçidin təhlükəsizliyinin pozulacağı halda ölkənin neft ixracının mühüm hissəsinin risk altına düşəcəyini bildirib. (Independent Persian)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin