Məktəb direktorunun skeleti anatomiya vəsaiti kimi - VİDEO

Hazırda oxunan: Məktəb direktorunun skeleti anatomiya vəsaiti kimi - VİDEO

59638
Rumıniyanın Praxova regionunda yerləşən kənd məktəbində anatomiya dərsində məktəbin keçmiş direktorunun skeletindən istifadə olunur. Belə ki, məktəb direktoru 1965-ci ildə vəfat etməzdən öncə, öz bədənini tədris materialı kimi təhsil müəssisəsinə həvalə edib.
 
Məktəbin keçmiş direktoru olan Aleksandr Qriqore Popesku 1890-cı ildə doğulub. O, 18 yasından etibarən  dərs deməyə başlayıb. Popesku təhsil müəssisəsində 50 ilə yaxın dərs deyib. Müəllim özündən sonra uşaqlar üçün  şeir və nəğmələr də qoyub.
 
Məktəb rəhbərliyindən verilən məlumata görə, keçmiş direktorun skeleti gigiyenik ekspertizadan keçmək üçün səhiyyə naziriliyi tərəfindən müsadirə olunub. Lakin skelet sağlamlıq üçün heç bir təhlükə yaratmadığı üçün tezliklə təhsil müəssisəsinə qaytarılıb.  Skelet biologiya otağında yerləşən şkafların birində saxlanılır və dərs zamanı əyani vəsait kimi istifadə olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin