Şimali Koreya dünyanın ən qapalı və ən çox maraq cəlb edən ölkəsidir desək yanılmarıq. Lakin bu ölkəyə istəyən şəxs gedib, istədiyi fotonu çəkə bilməz.
Bir müddət öncə ölkəyə rəhbərlik edən Kim Çen In barədə müxtəlif xəbərlər yayılmışdı. Belə ki, tədbirlərdən birində axsaması, sonra isə uzun müddət görünməməsi onun haqqında ölüm xəbərlərinin yayılmasına yol açıb.
Dünyanın ən məşhur xəbər agentliklərindən olan "Associated Press"ə bu ölkədə çəkilişə icazə verilib. Amma çəkilişdə şərtlər olub. Belə ki, AP fotomüxbiri ancaq öncədən razılaşdırılan yerlərdə çəkiliş apara bilib.
O, Şimali Koreyada 2150 km məsafə qət edib. Ölkənin rəsmi şəxslərindən biri onu yalnız qoymayıb. Daha çox əhalinin gündəlik həyatından çəkiliş aparılıb. (anspress)




















































































































