Ukraynanın “Dnepr-1” batalyonunun diversiya qrupu ölkənin şərqində yerləşən Telmanovo qəsəbəsində əməliyyat keçirib.
ANS PRESS-in məlumatına görə, əməliyyat nəticəsində məşhur terrorçu Andrey Borisov və üç rusiyalı hərbçi məhv edilib. Onların sırasında general Sergey Andreyçenko olub.
Bu barədə Mariupol mətbuatına məlumat verən mənbə bildirib ki, general Sergey Andreyçenko Azov ətrafında Rusiya xüsusi xidmət orqanlarına rəhbərlik edib. Onunla birlikdə rusiyalı diversantlar Vladimir Lısyakov və Vasili Protasov da həlak olub.
Mənbənin məlumatına görə, Rusiya diversantlarının bu qrupunun kod adı “Çeçen” olub.






































































































