Puşkinin kitablarına 30 milyon ilkin qiymət qoyuldu

Hazırda oxunan: Puşkinin kitablarına 30 milyon ilkin qiymət qoyuldu

54334
Əntiq kitablar evinin ekspertlərinin qiymətləndirmələrinə görə, ilk iki auksionda təqdim ediləcək kitab kolleksiyasının yalnız bir hissəsinin dəyəri 15 milyon, tam kolleksiyanınkı isə 30 milyon dollardır.   
 
Oktyabrın 9-da Moskvadakı “Nikitski əntiq kitablar evi”ndə ümumi dəyəri 30 milyon dollar olan əntiq kitab və əlyazmaların özəl kolleksiyasının hərracı keçiriləcək. Əntiq kitablar evinin rəhbəri Sergey Burmistrov bildirib ki, ilk öncə Puşkinin sağlığında nəşr olunan kitablar hərraca çıxarılaxaq. Onun sözlərinə görə, kolleksiyaya “qızıl” və “gümüş” əsrinin yazarları ”“ Lermontov, Qoqol, Qriboyedov kimi qələm ustalarının da sağlığında işıq üzü görən kitabları, həmçininTurgenev, Tolstoy, Çexovun avtoqrafları, XIX əsrin görkəmli rəssamları Brüllov, Şedrovskinin tabloları və digər nadir eksponatlar daxil edilib.   
 
“Bunu “Puşkin və onun ətrafı”, Puşkin dövrünün bütün məşhur ədibləri də adlandırmaq olar”.
 
Qeyd edək ki, həmişə olduğu kimi, bu dəfə də auksion öncəsi sərgi keçiriləcək. Sərginin oktyabrın 1-9-da keçiriləcəyi planlaşdırılıb. (axar)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin