Türkiyədə 3 günlük matəm

Hazırda oxunan: Türkiyədə 3 günlük matəm

46080
Türkiyəni yasa boğan Soma faciəsinə görə, ölkədə 3 günlük matəm elan edilib. Moderator.az-ın məlumatına görə, Türkiyə Baş nazirliyi bu barədə yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, yas əlaməti olaraq bu gün bütün Türkiyədə və xaricdəki səfirliklərdə türk bayaraqları yarıya qədər endiriləcək.

Qeyd edək ki, ötən gün Türkiyənin Manisa vilayətinin Soma rayonundakı özəl kömür mədənində partlayış baş verib. Partlayışa mədəndəki elektrik trasfarmatorunda yaranmış qısaqapanmanın səbəb olduğu bildirilir. 

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız mədən qəzasında ölənlərin sayının 201 nəfərə çatdığını açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin