Moskva NATO sərhədində təlimlərə başladı

Hazırda oxunan: Moskva NATO sərhədində təlimlərə başladı

45357

Rusiya Ukraynadan sonra Estoniya və Latviya sərhədində hərbi gücünü nümayiş etdirir.

 

Moderator.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Qərb hərbi dairəsi ordu aviasiyasının vertolyotları Estoniya və Latviya ilə həmsərhəd Pskov vilayətində təlimlərə başlayıb.

 

Bu barədə Rusiya Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin rəhbəri, polkovnik Oleq Koçetkov bildirib. Təlimlərə “Gecə ovçusu” adlandırılan “Mi-28N” zərbə vertolyotları, Ka-52 “Alliqator” və Mi-26T vertolyotları qatılacaq.

 

O.Koçetkov bildirib ki, təlimlərdə aeronaviqasiya, idarəetmə texnikasının təkmilləşdirilməsi, hava və yerüstü hədəflərin axtarışı məsələləri yerinə yetirilməlidir.

Qeyd edək ki, Estoniya və Latviya NATO ölkələridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin