Rusiyanın “RİA Novosti” nəşri: “Lavrov Donetsk və Luqanskdan imtina etdi”

Hazırda oxunan: Rusiyanın “RİA Novosti” nəşri: “Lavrov Donetsk və Luqanskdan imtina etdi”

44476
Moderator.az-ın Rusiyanın “RİA Novosti” saytına istinadən verdiyi xəbərə görə, Rusiya XİN başçısı Sergey Lavrov RF-nin Ukraynanın cənub-şərq torpaqlarını Rusiyaya birləşdirmək niyyətində olmadığını bəyan edib.
 Onun sözlərinə görə Rusiyanın belə bir fikri yoxdur, çünki bu iddialar RF-nin fundamental maraqlarına ziddir: "Ukrayna indiki ərazi bütövlüyünü qoruyub saxlamalıdır və regiondakı dövlətlər də buna hörmətlə yanaşmalıdır. Biz şərti olaraq Ukraynanı federasiya adlandırırıq. Ancaq biz bu terminə söykənmirik, çünki, federasiya olub-olmamağa Ukrayna qərar verməlidir”. 
Bundan başqa nazir qeyd etdi ki, BMT-nin Təhlükəsizlik Şurasının sülhməramlı qoşunlarının Ukraynaya yerləşdirilməsi məqsədyönlü xarakter daşıyır və ölkədəki böhranı yalnız hakimiyyət həll etmək iqtidarındadır: “Baxmayaraq ki, Moskva Ukraynada dördtərəfli görüşdə iştirak etməyə razılıq verib, hələ də Ukraynanın yeni hakimiyyətinin legitimliyini qəbul etmir”.

Qeyd edək ki, martın 16-da Krımda referendum keçirildi və yarımadanın bir çox hissəsi Rusiyaya birləşdirilməyə səs verdilər. Aprel ayının 6-da rus fəalları Luqanskı zəbt ediblər və silah ehtiyatı olan anbarı ələ keçiriblər. Aprelin 9-da əraziyə hərbi texnika yeridilib. Fəallar 10 gündür ərazinin Rusiyaya birləşdirilməsi ilə əlaqədar referendum keçirilməsini tələb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin