ABŞ Rusiya ilə bütün danışıqları, o cümlədən hərbi sahədə əlaqələri dondurmaq barədə qərar verib.
Avropa.info xarici mətbuata istinadən xəbərt verir ki, Ukrayna problemi həll olunanadək ABŞ Rusiya ilə ticarət və investisiya sahələrində aparılan danışıqların dondurmaq barədə qərar verib. Bu barədə ABŞ Ticarət İdarəsinin təmsilçiliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ Rusiya ilə istənilən ikitərəfli ticari əlaqələrin dərinləşməsinə xidmət edən investisiya və kommersiya xarakterli danışıqları təxirə salıb.
Pentaqon da analoji addım ataraq, hərbi sahədəki əlaqələri kəsərək, istənilən formada əməkdaşlıqdan, birgə hərbi təlimlər, danışıqlar və səfərlərdən iştirakdan imtina edilib.
Pentaqon Rusiyanı Krıma yertidiyi qoşunlarını təcili olaraq öz daimi dislokasiya yerlərinə qayıtmasını və Ukraynaya qarşı hərbi müdaxilədən imtina etməyə çağırıb.




































































































