Ukraynanın hakimiyyət partiyasında parçalanma

Hazırda oxunan: Ukraynanın hakimiyyət partiyasında parçalanma

37550
Ukrayna hakim Regionlar Partiyasında parçalanmalar başlayıb.

Moderator.az-ın  Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, artıq Ukraynanın müxtəlif bölgələrində hakim partiyanın yerli təşkilatları hakimiyyətin Avropa Birliyi ilə qərarına və Maydanda aksiya iştirakçılarına güc tətbiq edilməsinə etiraz olaraq partiyadan ayrılmaq barədə qərar verirlər.

Partiyadan çıxanlar və öz fəaliyyətinə xitam verən yerli təşkilatlar əsasən ölkənin qərb bölgəsində qeydə alınır.
Bu gün isə Regionlar partiyasının Lvov vilayətinin Nikolayevski rayonu fəaliyyətinə xitam vermək barədə qərar verəcəyi gözlənilir. Partiya üzvləri partiya üzvlük biletlərini, o cümlədən rayon sovetlərindəki deputat mandatlarını kütləvi qaydada cıraraq, hakimiyyətin qərarına bu yolla etirazlarını bildirəcəklər.

Nikolayevdə bu gündən tətəliə çıxaraq hakimiyyətin istefasını tələb edəcəklər.
Lvovda da bu gün tətil elan olunub. Şəhər rəhbərliyi əhalini işi dayandırıb tətilə çıxmağa çağırıb. Lvov ali məktbələrini rektorları da bu aksiyaya dəstək verərək tələbələri aksiyalarda aktiş iştirakını dəstəkləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin