Ukraynanın paytaxtı Kiyevdə, Taras Şevçenkonun abidəsi önündə avrointeqrasiya tərəfdarlarının mitinqi başlayıb. Musavat.com-un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, təşkilatçılar aksiyada 100 min nəfərin iştirak edəcəyini bildirsələr də, iştirakçıların sayı azdır.
Aksiya iştirakçılarının əlində müxalifət partiyalarının bayraqları var.

































































































