Ermənistandakı Rusiya aviabazası yaxın zamanlarda yeni MİQ-29 döyüş təyyarələri ilə təchiz ediləcək. musavat.com-un erməni KİV-nə istinadən verdiyi məlumatına görə, bu barədə bu gün jurnalistlərə açıqlamasında Ermənistandakı Rusiya aviasiyasının komandanı Aleksandr Petrov qonşu ölkədə rus aviabazasının formalaşmasının 15-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, bazanın modernləşdirilməsi və genişləndirilməsi ilə bağlı anlaşma mövcuddur və bu yöndə işlər davam etdiriləcək.
Qeyd edək ki, aviabazanın əsas funksiyası işğalçı ölkənin hava məkanını qorumaqdır.





































































































