Senatorların sözlərinə görə, ABŞ-la dost və düşmən olan ölkələr Rusiya ilə əldə olunan razılaşmanı ABŞ-ın zəifliyi kimi qələmə verəcək və bu, özünün nüvə layihəsini inkişaf etdirməyə çalışan İranı cəsarətləndirəcək. Onların fikrincə, Suriya prezidenti Bəşər Əsəd bu müqavilə ilə razılaşmaqla dünyanı aldatmağa çalışır: “Əsəd ona verilən müddətdən istifadə edərək, 100 mindən çox adamın ölümünə və milyonlarla adamın qaçqın olmasına gətirib çıxaran vətəndaş müharibəsini dayandırmayacaq”.
Qərb Suriyaya qarşı qətnaməni sərtləşdirəcək
Fransada isə Suriyaya dair daha bir mühüm danışıqlar baş tutub. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri, Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq və Fransa prezidenti Fransua Olland Suriya ətrafında son vəziyyəti müzakirə ediblər. Üçtərəfli görüşdən sonra liderlər birgə mətbuat konfransı ilə çıxış ediblər.
Fransua Olland bildirib ki, ABŞ, Fransa və Böyük Britaniya Suriyaya qarşı BMT-nin qəbul edəcəyi qətnaməni daha da sərtləşdirməyə qərar veriblər. ABŞ-ın dövlət katibi Con Kerri də hesab edir ki, BMT qətnaməsində Suriyanın öz kimyəvi silahından imtina etməyə razılaşmadığı təqdirdə, hərbi müdaxilə variantı əvvəlcədən razılaşdırılmalıdır: "Biz nəyinsə gözdən qaçmasına yol verməyəcəyik. Əgər Suriya BMT-nin qətnaməsinə uyğun hərəkət etməsə, bunun nəticələrinə qatlanmalıdır”.
Qeyd edək ki, ABŞ, Fransa və Böyük Britaniya nazirlərinin üçtərəfli görüşə dair birgə bəyanatla da çıxış edəcəyi gözlənilir.
Türkiyə razılaşmadan narahatdır
Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu da, ABŞ-ın xarici işlər naziri Con Kerrinin dəvəti ilə dünən Fransaya gedib. O, Parisdə keçirəcəyi görüşlərdə rəsmi Ankaranın Suriya razılaşması ilə bağlı narazılığını bildirəcək.
Moderator.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Türkiyə rəsmiləri Suriyadan kimyəvi silahların ölkədən çıxarılması təqviminin çox gec olduğunu bildirir. Görüşdə Davudoğlu və Kerri, kimyəvi silahların məhvi haqqında atılacaq addımları müzakirə edəcəklər.
Bildirilir ki, Davudoğlu Parisdə kimyəvi silahların beynəlxalq araşdırmaya göndərilməsini müsbət hadisə kimi dəyərləndirəcək. Bundan başqa o, kimyəvi silahla törədilən cinayətlərdən başqa digər cinayətlərin müzakirəyə çıxarılmadığını və bunun Suriyada axan qanları dayandırmağa qadir olmadığını bildirəcək.
Xatırladaq ki, Davudoğlu ötən həftə kimyəvi silahların beynəlxalq yoxlamaya təqdim olunması təklifindən Türkiyənin razı qalmayacağını deyib. Fransa xarici işlər naziri Laurent Fabius, İngiltərə Xarici işlər Naziri Villiam Haque, Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu və Səudiyyə Ərəbistanı xarici işlər naziri Səud əl Faysal Rusiya ilə Suriya məsələsində əldə edilən razılaşma haqqında görüşdə iştirak edəcəklər.
BMT müfəttişləri araşdırmanı bitirdilər
BMT-nin Suriyada kimyəvi silahın tətbiq olunmasını araşdıran müfəttişləri öz missiyalarını tamamlayaraq baş katib Pan Gi Muna hesabat təqdim ediblər. APA-nın BMT-nin mətbuat mərkəzinə istinadən yaydığı məlumata görə, dünən P. G. Mun qapalı toplantıda Təhlükəsizlik Şurasının üzvlərinə brifinq verib. Bundan sonra hesabatın mətni BMT-nin tərksilah məsələləri üzrə idarəsinin saytında açıqlanacaq.
Xatırladaq ki, BMT missiyası avqustun 18-dən 31-nə qədər Suriyada təhqiqat aparıb. Toplanan məlumatlar və kimyəvi silahın tətbiq olunduğu ərazilərdən götürülən nümunələrin analizləri əsasında hesabat hazırlanıb. Missiyanın vəzifəsi kimyəvi silahdan istifadə olunub-olunmadığını müəyyənləşdirməkdir. Kimyəvi silahın kim tərəfindən tətbiq olunduğunu söyləmək onların mandatına daxil deyil.
Türkiyə ilə İran böhranı müzakirə edəcək
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək sentyabrın 21-də İrana rəsmi səfər edəcək. Bu barədə Trend "Ankara" agentliyinə istinadən məlumat verir.
C.Çiçək birgünlük səfəri zamanı iranlı həmkarı Əli Laricani ilə görüşəcək. Görüşün əsas müzakirə mövzusu Suriyadakı vəziyyət olacaq. Məlumata görə, türkiyəli spiker iranlı həmkarının dəvəti ilə İrana səfər edəcək.
Üsyançılara 32 milyon dollar yardım
Böyük Britaniya Suriya müxalifətinə 20 milyon funt sterlinq (31,5 milyon dollar) dəyərində yardım göndərib. ANS PRESS-in Ria-Novosti-yə istinadən verdiyi xəbərə görə, yardımın çoxu gündəlik tələbat üçün vacib olan sutəmizləyən aparat, işıq generatorları, rabitə avadanlığı, gülləkeçirməz jiletlər və s. dən ibarətdir.
Bununla bağlı açıqlama verən Britaniya xarici işlər naziri Villiam Xeyq parlamentdə çıxışı zamanı bildirib ki, ayrılan vəsait hərbi məqsədlə deyil, insanların həyatlarını xilas etmək məqsədi ilə göndərilib. O, ölkəsinin Suriyada insan həyatını xilas etmək üçün hümanitar yardım göndərən əsas ölkələrdən biri olduğunu deyib.
Ordu müxaliflərə ağır zərbə vurub
Bu arada, Suriya ordusu xristianların yaşadığı Maaloula şəhərini üsyançılardan geri almaq üçün geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Suriya ordusu “An- Nusra” qruplaşmasının mövqelərinə hava zərbələri endirib. Nəticədə 300-400 arası üsyançı öldürülüb. Suriya ordusuna yaxın olan mənbələr usyançıların tərəfindən döyüşən silahlıların şəhəri tərk edib, dağlara çəkilmək üzrə olduğunu bildiriblər.
İTAR TASS-ın əməkdaşının verdiyi məlumata görə, Suriya ordusuna məxsus tank üsyançılar tərəfindən vurulub. Nəticədə ekipaj üzvlərindən biri həlak olub, digər ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Suriya ordusu yaxın 2-3 gün ərzində şəhərə tam nəzarət edəcəyini açıqlayıb. Maaloula şəhərinə Suriya ordusunun hücumları davam edir.
Bu arada, Suriya ordusu xristianların yaşadığı Maaloula şəhərini üsyançılardan geri almaq üçün geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Suriya ordusu “An- Nusra” qruplaşmasının mövqelərinə hava zərbələri endirib. Nəticədə 300-400 arası üsyançı öldürülüb. Suriya ordusuna yaxın olan mənbələr usyançıların tərəfindən döyüşən silahlıların şəhəri tərk edib, dağlara çəkilmək üzrə olduğunu bildiriblər.
İTAR TASS-ın əməkdaşının verdiyi məlumata görə, Suriya ordusuna məxsus tank üsyançılar tərəfindən vurulub. Nəticədə ekipaj üzvlərindən biri həlak olub, digər ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Suriya ordusu yaxın 2-3 gün ərzində şəhərə tam nəzarət edəcəyini açıqlayıb. Maaloula şəhərinə Suriya ordusunun hücumları davam edir.




































































































