Tanınmış rusiyalı milyarder Süleyman Kərimov Belarusda tanınmış iş adamı "Baumgertnerin işi" ilə bağlı axtarışa verilib.Moderator.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “Uralkali” şirkətinin səhmdarı olan milyarder haqqında İnterpol xəttilə də beynəlxalq axtarış qərarı verilib.
Bir qədər əvvəl Kərimov Belarusda qanunsuz fəaliyyət göstərdiyi iddia olunaraq yoxlanılmışdı. O, “Belaruskali” müəssisəsində vəzifəsindən sui-istifadə etməklə şirkətə külli miqdarda ziyan vurmaqda təqsirkar bilinir. Buna görə onu əmlakı müsadirə edilməklə 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, “Uralkaliya” şirkətinin icraçı direktoru Vladislav Baumgertner səlahiyyətindən sui-istifadə etməkdə təqsirkar bilinərək Minskdə saxlanılıb.
Qeyd edək ki, Süleyman Kərimov Rusiyanın Dövlət Dumasında təmsil olunur. Milliyətcə ləzgi olan milyarder Rusiyanın ən nüfuzlu şəxslərindən hesab olunur. 1998-ci ildən "Nafta-Moskva" şirkətinin sahibi olan Süleyman Kərimov "Forbes" dərgisinə əsasən milyonçuların reytinq cədvəlində 72-ci yerdə gedir.
Varidatı 17,5 milyard dollar məbləğində dəyərləndirilən milyarder həmçinin Mahaçqalanın “Anji” futbol klubunun sahibidir.



































































































