Ərdoğan Misirdəki hərbi çevrilişdən danışdı

Hazırda oxunan: Ərdoğan Misirdəki hərbi çevrilişdən danışdı

30452
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Misir prezidenti Məhəmməd Mursinin ordu tərəfindən devrilməsinə münasibət bildirib.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, hərbi çevrilişlər təşkil edənlər həmin an uğur qazansalar da, orta və uzun perspektivdə əsl məqsədlərinə çatmırlar.

Rəcəb Tayyib Ərdoğan belə çevrilişlər edənlərin nə adlarının anıldığını, nə də gündəmdə qaldıqlarını vurğulayıb: “Məsələn, Biz 2010-cu ildə Türkiyədə demokratiyaya müdaxilə edənlərin mühakimə olunmasının yolunu açdıq. Ömürlərinin sonlarında da olsa, məhkəmə qarşısına çıxarılıblar. Misirdə çevriliş edənlərin Türkiyədəki təcrübəni yaxşı öyrənmələri və dərs almaları lazımdır. Dünyanın harasında olursa olsun, seçki ilə formalaşan iqtidara qarşı çevrilişlər pisdir, yolverilməzdir və bu çevrilişlərin hədəfi də xalqdır. Mən bu an Qərbə təəccüblənirəm, Qərb hələ də bu olaya çevriliş deməyib”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin