Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

Hazırda oxunan: Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

625052

Ucuz kolbasalar haqqında həmişə miflər gəzib. Bəziləri karton doğranıb tərkibinə qatıldığını deyir, bəziləri ölü heyvan ətindən və s. Amma bütün bu qorxunc məlumatlara baxmayaraq yenə də kütləvi şəkildə alınıb istehlak edilir.

İstər-istəməz sual yaranır: bu məhsullar əslində nədən hazırlanır və yemək təhlükəlidirmi?

Rusiyalı ekspertlər bunu belə izah edirlər ki, əsas sirr mexaniki ətdədir. Yəni ətin əsas hissəsi deyil, heyvanın dərisi, sümük üzərində qalmış ət hissəcikləri, qığırdaqlar, damarlar, vətərlər, içalat və s. yüksək təzyiq altında üyüdülüb kütlə halına gətirilir.

Burada qeyd edək ki, premium kolbasalarda mexaniki ətlərdən istifadə qadağandır. Lakin B və C kateqoriyalarında 50 faizə qədər və ya daha çox mexaniki ət olması etiketləndiyi təqdirdə tamamilə qanuni hesab olunur.

Bundan başqa donuz piyi, nişasta, un və bitki lifi də qatılır. Təkcə bu maddələr iştahaaçan bir məhsul yaratmaq üçün kifayət deyil, buna görə də texnoloqlar kimya sənayesindən bəhrələnirlər. Düzgün rəng, dadı təmin etmək üçün onlar rəng fiksatoru (natrium nitrit), dadı artırmaq üçün təbii hisə verilmiş ət və ədviyyatların iyini təqlid edən bir çox ətirləndirici əlavə edirlər. Bu arada istehsalçıdan bütün bunları qablaşdırmada göstərməsi tələb olunur.

Ucuz kolbasalarda nə qədər ət var?


Ucuz məhsullarda demək olar ki, ətin özü yoxdur. Ən yaxşı halda, 5%-dən 10%-ə qədərdir. Qida təhlükəsizliyi baxımından orta miqdarda istehlak edildiyi təqdirdə, ciddi zərəri yoxdur. Son istifadə tarixlərinə və saxlama şərtlərinə əməl olunarsa, bu cür kolbasa qida zəhərlənməsi, yaxud bağırsaq problemləri yaratmaz.

Ancaq ucuz kolbasaların müntəzəm istehlakı risk daşıyır. Artıq fosfatlar bədənə əhəmiyyətli bir yük yaradır. Gizli yağların və sadə karbohidratların yüksək miqdarı (nişasta səbəbindən) çəki artımına səbəb olur və dad əlavələrinin bolluğu reseptorların təbii həssaslığını zəiflədir və bir növ asılılığa səbəb olur. Bu cür qidaları almaq olar, lakin onlar gündəlik rasion yox,  istisna olmalıdır.

Şəfiqə Şəfa, Bizin.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin