Qobustanda yol çökdü – VİDEO

Hazırda oxunan: Qobustanda yol çökdü – VİDEO

625363

Şamaxı istiqamətinə gedən avtomobil yolunun Qobustan rayonunun Cəngi ərazisindən keçən hissəsində yol örtüyündə çökmə baş verib.

Bizim.Media “Xəzər TV”yə istinadla xəbər verir ki, yolda yaranan çökmə nəqliyyat vasitələrinin hərəkətinə ciddi maneə yaradıb.

Həmin istiqamətdə hərəkət edən sürücülərin sözlərinə görə, bu yolda belə hallar tez-tez baş verir və bu da onların təhlükəsizliyi üçün ciddi risk yaradır.

Hadisədən sonra ərazidə təmir-bərpa işlərinə başlanılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun çökməsi ilə bağlı məlumat daxil olan kimi əraziyə əməkdaşlar və xüsusi texnika cəlb edilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə çökmüş hissədə bərpa işləri aparılıb və nəqliyyatın hərəkəti qısa müddət ərzində təhlükəsiz şəkildə bərpa olunub.

Daha ətraflı videoda:

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin