Qusarda selin dağıtdığı yollar bərpa olundu - İcra başçısı yeni körpünü istifadəyə verdi - FOTO

Hazırda oxunan: Qusarda selin dağıtdığı yollar bərpa olundu - İcra başçısı yeni körpünü istifadəyə verdi - FOTO

625297

Qusar rayonunda infrastrukturun inkişafı, əhalinin rahat və təhlükəsiz həyat şəraitinin təmin olunması istiqamətində həyata keçirilən layihələr Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, iyulun 14-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Sudur və Quxur kəndlərinə gedən avtomobil yolunda aparılmış bərpa işləri ilə yerində tanış olub.

Cari ilin aprel ayında müşahidə olunan güclü yağıntılar nəticəsində sel suları sözügedən yolun bir hissəsini yararsız hala salmışdır.
 

Nəticədə hər iki kəndin sakinlərinin rayon mərkəzi ilə əlaqəsində çətinliklər yaranmışdır. Məsələ dərhal nəzarətə götürülərək, may ayından etibarən ərazidə bərpa işlərinə start verilmişdir. Qısa müddət ərzində yolun sel nəticəsində zərər görmüş hissəsində sakinlərin təhlükəsiz hərəkəti üçün müasir tələblərə cavab verən körpü inşa edilib. Bu gündən etibarən yol sakinlərin istifadəsinə verilib.


Yerində keçirilən baxış zamanı rayon icra hakimiyyətinin başçısı görülən işlərin keyfiyyəti ilə maraqlanıb, ərazidə çalışan işçilərlə həmsöhbət olub.






Aytəkin Alxaslı, Şimal Bürosu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin