Şotlandiyalı şoumen Daniel Sloss qeyri-adi bir şouya imza atıb. Minlərlə cütlüyün həyatını dəyişdirən tək bir fikir haqqında xüsusi və fəlsəfi çıxış edib. Sloss da bəlkə bu qədərini gözləmirdi, amma o gün şounu izləyən 400 cütlük şoudan sonra yollarını ayırıb. Son zamanlar ayrılanların sayı isə 17 minə çatıb.xa0
Moderator.az xəbər verir ki. Sloss şousuna subay olmağın cəmiyyətdə yaxşı təəssürat yaratmadığından bəhs edərək atasından eşitdiyi bir sitatla davam edib:
"Bax oğlum. özünün, mənim və başqalarını həyatını düşün. Həyatlarımızın öz fərdi pazllarımız olduğunu düşün. Biz yaşadıqca ən yaxşı rəsmi əldə edənə qədər hissələri tədricən öyrəndiyimiz dərslərə və təcrübələrə əsaslanaraq bir araya gətiririk. Amma məsələ bundadır ki, hər kəs pazlın qutusunu itirib. Yəni birləşdirdiyimiz rəsmin nə olduğunu bilmirik, sadəcə əmin bir şəkildə təxmin edirik. Bir pazlı düzəltməyin ən yaxşı yolu əlində rəsm yoxdursa, kənardan başlamaq, kənarları və küncləri birləşdirməkdir. Ailə, dostlar, əyləncə və maraq dairələri kimi. Bəzən ailənizdən biri ölüb, ardında bir boşluq qoyur. O boşluğu doldurmaq lazımdır, yoxsa həmişə yarımçıq qalarsan. Bir gün biri gələcək ananla mənim etdiyim kimi səni və həyatını bütövləşdirəcək. Həyatında ilk dəfə nöqsansız olacaqsan”

xa0
Sonra bu sevimli fikirlərin müasir mədəniyyətlə yanaşı gənc insanların yanlış adamı seçməsini və tapmaca hissəsi yanlış olsa belə onları həyatlarında saxlamağa çalışdığını bildirərək çıxışını belə davam etdirib: "Əgər biri ilə birlikdə deyilsinizsə, problemlisiniz və tamamlanmamışsınız. Nəticə olaraq özünüzü bötöv hiss etmək üçün birinə ehtiyacınız olduğu hiss edilir. Beləliklə, bir çox insan səhv insanla bərabər olur. Bizlər qarşımızdakı insanı həyatımıza zorla salırıq, çünki heç bir şeyə sahib olmamaqdansa bir şeylərə sahib olmağı üstün tuturuq. 5 ildən sonra da həmin insana baxıb bunun burada nə işi var? deyirik.xa0
Bunun səbəbi çox insanın digər insanların bu qədər dərin, mürəkkəb və öz-özünə yetərli şəxsiyyətləri olduğunu anlamamasıdır. Amma bir-birinizi sevirsinizsə, tapmacanı birlikdə etməlisiniz. İlk bir neçə il onun sizin məqsədiniz olduğunu düşünə və tapmacanı bitirdiyinizi düşünürsünüz. Biri ilə 2, 5 və ya 10 il keçirə bilərsiniz. Amma zaman uğur demək deyil. Zaman içində fərqli nəticələr əldə etmək istəyə bilərsiniz.
Və bu, özünüzə həqiqətən çox mühüm 2 sual vermək məcburiyyətində olduğunuz andır. İlk öncə həyatımın 2, 5, ya da 10 ilini boşa xərclədiyimin fərqindəyəmmi? xa0İkincisi həyatımın geri qalanını boşa xərcləmək istəyirəmmi? Evliliklərin 55 faizi boşanma ilə sona çatır. 30 yaşından əvvəl başlayan münasibətlərin 99 faizi bitir. Bunlar əməliyyat statistikası olsaydı kimsə bu riskə getməzdi.
Bir nəfər məni olduğum kimi sevmirsə, məni sevmir deməkdir. Tam olaraq beynimdə yaratdığım saxta fikri sevir. Əgər bir münasibətiniz varsa, özünüzü xoşbəxt hiss edirsinizsə və bu həyat yoldaşınız üçün də keçərlidirsəxa0bu ecazkardır və verdiyim sualları bəyənmirsinizsə, bunun səbəbi cavablardan qorxmağınızdır. Çünki edə biləcəyiniz ən pis şey həyatınızı səhv adama həsr etməkdir.xa0xa0
Bu dünyada 7,5 milyard insan var və evinizdən yalnız 30 km uzaqda həyat yoldaşınızı tapırsınız. Sevgini tapmağın mümkün olmadığını demirəm. Sadəcə statistik olaraq, böyük ehtimalla tapmamısınız. Bütün münasibətlərin 80 faizinin saxta olduğundan əminəm” deyib.
Nəticə olaraq Danielin bir saatlıq tamaşasının maraqlı bir təsiri olub. Bir çox adam əzab verici və mütəəssir əlaqələrini dayandırmağa qərar verərək Slossa təşəkkür edib.
Daniel çıxışının bu qədər səs gətirməsindən sonra "İnsanları ayırmaq kimi bir niyyətim yox idi.xa0 Sadəcə insanlara bir mesaj idi. Məqsədim çox vaxt tək olmağın bir əlaqə içində olmaqdan daha yaxşı olduğunu bildirməkdir. Bu fikirlər də insanları öz həyatları haqqında düşüməyə vadar etdi” deyib.xa0xa0
Kamran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.