ABŞ-da bir məktəbdə özəl təhsil proqramı üzrə müəllimlik edən qadının autizimli bir uşağı dəhlizdə sürüklədiyi görüntülər böyük reaksiyaya səbəb olub. Baş verən hadisənin kamera görüntülərindən sonra polisin istintaq başlatdığı bildirilib.
xa0
Moderator.az xəbər verir ki, görüntülərdə 9 yaşlı uşağın müəllimi tərəfindən biləklərindən tutularaq dəhlizdəxa0 sürükləndiyi görünür. Daha sonra yoldaşlarının gözü qabağında koridorda uşağı bir müddət apardıqdan sonra ondanxa0 gəzmək istəyib istəmədiyini soruşur. Yox cavabı alan müəllimxa0 uşağa "qalx artıq" deyə qışqıraraq onu sürükləməyə davam edib.
xa0
xa0
Uşağın ailəsi məsələ ilə bağlı etdikləri açıqlamada məktəbdən onlara telefon zəngi gəldiyini və uşağın sinifdə özünü narahat hiss etdiyi xəbərini aldıqlarını deyib.xa0
xa0
Məktəbin verdiyi açıqlamada isə hadisədən sonra dərhal ailə ilə əlaqə yaradıldığı, uşaq qoruma xidmətləri qurumunun hadisədən xəbərdar edildiyi, müəllimin məktəbdən qovulduğu və polisin hadisə ilə bağlı istintaq başlatdığı bildirilib.xa0
Kamran








































































































