Konstantinopol patriarxı Varfolemey Türkiyə ordusunun zabiti olub - İLGİNC FAKT...

Hazırda oxunan: Konstantinopol patriarxı Varfolemey Türkiyə ordusunun zabiti olub - İLGİNC FAKT...

254310
Moderator.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 6 noyabrda Ukrayna provaslav kilsəsinin Moskva patriarxlığından ayrılıb müstəqil patriarxlıq olması barədə qərara Rusiya tərəfinin qəzəbi səngiməmiş, ayrılma barədə Tomosu (fərman) imzalayan Konstantinopol patriarxı Varfolomey Krım monastırlarınınxa0 birbaşa Konstantinopola verilməsi tələbini irəli sürüb.xa0

Rusiya mətbuatı Varfolomey haqqında yazır: “o keçmiş Türkiyə zabiti, hal-hazırda isə Türkiyə mədəniyyət nazirliyinin əməkdaşıdır.Vatikanda institut bitirib. İndi də tələb edir ki, Krımdaı 21 monastır onun tabeliyinə verilsin”.xa0

Ukrayna Kiyev-Peçorsk lavranın mitropoliti Pavel bildirib ki, o tələbi Rusiya qarşısında deyil, Ukrayna qarşısında edib və Poroşenko bunu edə bilməyəcəyini deyib, çünki həmin monastırlar Ukrayna kilsə hakimiyyətinə aiddir. Patriarx maliyyə baxımından tabe edilməsini nəzərdə tutduğunu bəyan edib.
xa0Rusiya patriarxlığı isə hələ heç bir mövqe bildirməyib. Din həssas mövzudur və Rusiya provaslav kilsəsi aldığı zərbədən hələ özünə gələ bilməyib.

Türkiyə hakimiyyətinin ayrılma məsələsində Ukraynanın mövqeyində olması və patriarx Varfolemeyə təsiri haqqında Rusiya mediasının yazdıqları dolayısı ilə təsdiqlənir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin