ABŞ-ın sabiq prezidenti Barak Obama dünən “Şaxta baba” geyimində Vaşinqtondakı uşaqların müalicə aldığı xəstəxanalardan birində olub.xa0
Bununla bağlı “The Washington Post” nəşri məlumat yayıb.xa0
O, xəbərdarlıqsız gəldiyi xəstəxanada ajiotaja səbəb olub.xa0
Sabiq prezident xəstə uşaqlara hədiyyələr paylayıb.xa0
“Mən sadəcə hər kəsə təşəkkür etmək istədim. Gözəl uşaqlar və onların ailələri ilə söhbət etmək imkanım oldu”, - Obama görüşdən sonra deyib.


































































































