“Zibilxanada qida qalıqları axtarmaqdan savayı iş tapa bilmədim...”- 10 yaşlı Məhəmməd

Hazırda oxunan: “Zibilxanada qida qalıqları axtarmaqdan savayı iş tapa bilmədim...”- 10 yaşlı Məhəmməd

227658
Suriyalı uşaqlar üçünxa0 zibilxanalar - ev, iş yeri və yeməkxanadır...

İllərdir ki, dinc əhalisi aclıq və yoxsulluq şəraitində yaşayanSuriyanın Raqqa şəhərindəki uşaqların durumu daha kritik həddə çatıb.xa0

Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki,şəhər tamamilə dağıdılıb və dağıntılar altında hələ də cəsədlər qalmaqdadır. Bütün bunlara rəğmən təxminən 20 min dinc sakin öz evlərinin xarabalıqlarına qayıtmaq məcburiyyətində qalıb, çünkixa0 onlarınxa0 gedəcək başqa yerləri yoxdur...


Raqqada humanitar böhranxa0 gündən-günə daha da dərinləşir və ac uşaqlar sağ qalmaq üçün yalnız zibilxanalardakı tullantılarla qidalanmaq məcburiyyətindədirlər. Uşaqlarınxa0 böyük əksəriyyəti məktəblərə getmək əvəzinə, bütün vaxtlarını ərzaq qalıqları və plastik tullantılar toplamaqla keçirirlər.
“Ailəmə kömək etmək üçün iş axtardım, amma heç bir nəticə olmadı. Buradakı zibilxanalardaqida qalıqları axtarmaq istisna olmaqla, başqa bir iş yoxdur. İnşallah, hələ də iş tapa biləcəyimə ümid edirəm”-deyə Raqqanın10 yaşlı sakini Məhəmməd söyləyir.xa0

9 yaşlıxa0 Həsən də ailəsinə kömək etmək üçün vaxtının çoxunu zibilliklərdə keçirmək məcburiyyətindədir...

P.S. ABŞ və Avropanınxa0 7 il öncə müəyyən ictimai-siyasi və iqtisadi problemləri olsa da, dinc şəraitdə yaşayan Suriya xalqına bəxş etmək istədiyi demokratiya bu imiş elə...Məhəmməd və Həsən adlı- Peyğəmbər(s) və imamadı daşıyan uşaqlar zibilliklərdəki tullantılarla qidalanır...

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin