"Bunu etsələr, Türkiyə dilənçi vəziyyətinə düşəcək" - Nazir

Hazırda oxunan: "Bunu etsələr, Türkiyə dilənçi vəziyyətinə düşəcək" - Nazir

227630
Əgər nəzərdə tutulan layihələr dayandırılarsa, ölkəmiz yenidən 16 il əvvəl BVF-dən borc dilənən ölkəyə çevriləcək.

Bu sözləri Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə naziri Əhməd Arslan müxalif namizədlərin çıxışları ilə bağlı açıqlamasında deyib.

“Müxaliflər və müxalif namizədlər həmişə nədən bəhs edir: Layihələri dayandıracağıq. Anlamalıdırlar ki, layihələr dayansa, Türkiyə borc dilənən ölkəyə çevriləcək”, - deyə Arslan bildirib.

Nazir əlavə edib ki, ona görə də 24 iyun seçkiləri öncəki seçkilərdən daha önəmlidir.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin