Xəbər verdiyimiz kimi, Türkiyə Televiziya və Radio Şurası (RTÜK) Show TV-də yayımlanan “Çukur” serialını cəzalandırıb. Şura layihəyə öpüşmə səhnələrinin çox olması səbəbindən 260 min TL pul cəzası verib.xa0
Ssenaristlər ekran işinin yeni bölümündəxa0 RTÜK-ə cavab verib. Ötən gün yayımlanan seriyada Səna ilə Yamaç obrazları öpüşmək istəyiblər.xa0 Səna Yamaça “Səni öpərdim, amma cəzalandırarlar” deyib.xa0 Bu zaman ekranlara “Diqqət, təhlükəsizliyimiz üçün xəstəxanamız kamera vasitəsi ilə izlənir” yazılan afişa göstərilir.xa0
Ancaq serial heyəti belə bir addım ataraq şuraya böyük bir mesaj yollayıb. (Qafqazinfo)xa0







































































































