Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Barak Obama Yunanıstanda səfərdədir.
xa0Yunanıstanın baş naziri Aleksis Çipras ABŞ prezidenti ilə görüşüb.
Nazir 17 ildən sonra ölkəsinə gələn ABŞ prezidentini “Səfəriniz bizim üçün böyük sevinc və şərəfdir”x9d deyərək salamlayıb.
Xatırladaq ki, sonuncu dəfə Yunanıstana 1999-cu il noyabrın 19-da ABŞ prezidenti Bill Klinton səfər edib. O zaman bu səfər Afinada etirazlarla qarşılanıb. Aleksis Çipras isə ən aktiv etirazçılardan biri olub.(Qafqazinfo)










































































































