Putin və Sarkisyan Moskvada görüşəcəklər

Hazırda oxunan: Putin və Sarkisyan Moskvada görüşəcəklər

146706
Ermənistan prezidenti Serj Sarkisyan avqustun 10-da Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edəcək. 

Moderator.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb. 

“Yükək səviyyədə aparılacaq danışıqların gedişatında siyasi, iqtisadi-ticarət və humanitar sahədə qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi, Avrasiya məkanında inteqrasiya prosesində irəliləyişlərin nəzərdən keçirilməsi planlaşdırılır”x9d, - məlumatda deyilir.     

Qeyd edilir ki, danışıqlar zamanı bir sıra aktual beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparılacaq. 

Xatırladaq ki, avqustun 8-də Bakıda Rusiya, Azərbaycan və İran liderlərinin görüşü keçiriləcək. 

Bakı görüşünün gedişatında Rusiya prezidentinin Azərbaycan və İran liderləri ilə ikitərəfli danışıqlarının keçirilməsi də planlaşdırılıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin