Rusiyanın Omsk vilayətinin Kormilovka Rayon Məhkəməsi dostunu toyuğa görə qətlə yetirən 42 yaşlı yerli sakin barəsində qərar çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə “gazeta.ru” məlumat yayıb.
Hadisə 2025-ci ilin avqust ayında baş verib. Ev sahibi öz mənzilində tanışları ilə birlikdə spirtli içki qəbul edərkən, qonaqlardan biri həyətdəki toyuğu tutaraq qəfəsə çırpıb. Quşun tələf olması ev sahibini bərk qəzəbləndirib.
Toyuğun qisasını almaq istəyən şəxs baltaya əl ataraq qonağın baş və boyun nahiyəsinə bir neçə ağır zərbə endirib. Zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İstintaq çərçivəsində təyin olunan məhkəmə-psixiatrik ekspertizası hadisəni törədən şəxsin həmin an xroniki psixi pozuntudan əziyyət çəkdiyini və hazırda da eyni diaqnozun qüvvədə olduğunu müəyyən edib.
Bu səbəbdən məhkəmə həmin şəxsi cinayət məsuliyyətindən azad edib. Qərara əsasən, o, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicəyə göndərilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:22 / 03.07.2026
Toyuğunu öldürdüyünə görə dostunu BALTALADI
Hazırda oxunan: Toyuğunu öldürdüyünə görə dostunu BALTALADI
Hazırda oxunan: Toyuğunu öldürdüyünə görə dostunu BALTALADI
623051
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































