SON DƏQİQƏ! Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Hazırda oxunan: SON DƏQİQƏ! Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

623065

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edib.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib

Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri iyunun 17-də elan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal toplaya bilərlər.

Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 8 iyul 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin