İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edildi

Hazırda oxunan: İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edildi

623054

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Dəyanət Salik oğlu Musayev bu gün Ucar rayonunda dəfn olunub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə rayonun Boyat kəndində itkin şəhidlə vida mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə cənazə namazı qılınıb.

Vida mərasimindən sonra itkin şəhid Boyat kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Dəyanət Musayev 1973-cü ildə Ucarın Boyat kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Murovdağ silsiləsi ərazisində gedən döyüşlərdə itkin düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin