“Android”x9d üçün yeni virus banka zəngləri bloklayır

Hazırda oxunan: “Android”x9d üçün yeni virus banka zəngləri bloklayır

145228
Bəzi istifadəçilər bank kartlarından pulların naməlum istiqamətdə yoxa çıxması problemi ilə rastlaşanda vəziyyəti aydınlaşdırmaq üçün bank əməkdaşlarına müraciət etmək məcburiyyətində qalır.

Kibercinayətkarlar bunun qarşısını almaq üçün üsul taparaq “Android”x9d mobil əməliyyat sistemi üçün banka zəngi bloklayan “Android.Fakebank”x9d adlı virus yaradıblar.

Oxu.Az-ın məlumatına görə, “ICTnews”x9d Elektron Xəbər Xidməti “4PDA”x9d resursuna istinadən yazır ki, informasiya təhlükəsizliyi və informasiya mühafizəsi sahəsində proqram təminatının hazırlanmasında ixtisaslaşan “Symantec”x9d şirkəti həmin virusun olması barədə 2013-cü ildə məlumat versə də, hazırda internetdə onun daha təkmil versiyası yayılmağa başlayıb.

Məlumata görə, smartfona düşən virus istifadəçiyə pulların itməsini aydınlaşdırmaq və kartı bağlamaq üçün banka zəng etməyə imkan vermir.

Əlbəttə, başqa telefondan istifadə etmək və ya banka getmək olar, lakin bu, cinayətkarlara daha çox pul oğurlamağa vaxt verir. Virusun indiyədək yalnız bir neçə regionda yayılması bildirilir.

Qurğunu bu və ya digər virus yoluxmasından qorumaq üçün yeganə üsul kimi əlavələrin “Google Play”x9d kimi yoxlanılmış mənbələrdən yüklənilməsi və digər istifadəçi rəylərinin öyrənilməsi göstərilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin