Zükerberq iki saat ərzində 4,3 milyard dollar qazandı

Hazırda oxunan: Zükerberq iki saat ərzində 4,3 milyard dollar qazandı

134325
Facebook sosial şəbəkəsinin rəhbəri Mark Zükerberq NASDAQ elektron birjasının açılışında ilk iki saat ərzində öz sərvətini 4,3 milyard dollar artırmağa müvəffəq olub. 

Moderator.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Forbes”x9d məlumat yayıb. 

Hazırda Zükerberq dünyada ən zəngin insanları reytinqində altıncı yerdədir. Onun sərvətinin dəyəri 51,8 milyard dollar təşkil edir. 

Şirkət rüblük hesabatda gəlirlərinin analitiklərin gözlədiyindən artıq olduğunu bildirdikdən sonra Facebook aksiyaları təxminən 10% artıb. Keçən il ilə müqayisədə gəlir demək olar ki, 1,5 milyard dollara qədər artıb, əldə edilən məbləğ 5,2 milyard dollardan ibarət olub. 

Bundan başqa, sosial şəbəkə fəal iştirakçılarının auditoriyasını 15% artıraraq 1,65 milyard nəfərə çatdırıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin