Səudiyyə şahzadəsi icarəyə götürdüyü evi darmadağın edib - İddia

Hazırda oxunan: Səudiyyə şahzadəsi icarəyə götürdüyü evi darmadağın edib - İddia

128424
Amerikalı Səudiyyə şahzadəsini Kaliforniyada bir ay müddətinə icarəyə götürdüyü evi darmadağın etdiyinə görə məhkəməyə verib.

İddiaçı kimi neçə ildir evini arendaya verən Denni Fitscerald çıxış edib.

2015-ci ilin yayında Hollivud-hilsdəki binalardan birini Səuddiyə Ərəbistanı şahzadəsi Əziz əl-Səid icarəyə götürsə də, müqaviləni onun köməkçiləri imzalayıblar.

Fitsceraldın sözlərinə görə, əyləncə gecələrindən sonra şahzadə və onun köməkçiləri kompensasiya kimi bir dollar belə ödəməyiblər, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

Fitscerald deyib ki, onun evi sadəcə olaraq darmadağın edilib: “Təkcə mebel deyil, divarlar və döşəməyə də ciddi ziyan dəyib”x9d.

Amerikalı əmlakına dəyən ziyanın 86 dollardan çox olduğunu bildirib. Amma o, 300 min dollar kompensasiya tələb edib.(modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin