KİV: Venesuela valyuta müqabilində qızılını satmaq üçün hazırdır

Hazırda oxunan: KİV: Venesuela valyuta müqabilində qızılını satmaq üçün hazırdır

120338
KİV: Venesuela valyuta müqabilində qızılını satmaq üçün hazırdır. Moderator.az “Ðxa0ИÐx90 Ðx9dовоÑx81ти”x9d-yə istinadən xəbər verir. Venesuelanın beynəlxalq ehtiyatlarının həcmi 15,3 milyard ABŞ dolları təşkil edir və bu ehtiyatların 65%-i qızıl ilədir. Eyni zamanda ölkənin pul ehtiyatı yalnız 2,4 milyard ABŞ dollardır. Məlumatlı mənbələrin “Reuters”x9d agentliyinə verdiyi bilgiyə görə, Venesuela Mərkəzi Bankı ölkənin qızıl ehtiyatının valyuta qarşılığında mümkün mübadiləsi haqqında Almaniyanın “Deutsche Bank”x9d-ı ilə danışıqlar aparır. 

Bu əməliyyatın məqsədi, dünya bazarlarında əlverişsiz vəziyyət və neft gəlirlərinin 70% azalmasına, Cənubi Amerika ölkəsinin büdcəsinin doldurulmasına yönəldilib. Bundan əlavə, bu il Venesuela xarici borc üzrə 9,5 milyard ABŞ dolları ödəniş etməlidir və bu pulun 2 milyard ABŞ dollarını fevral ayında ödəməlidir. Hal-hazırda Venesuelanın beynəlxalq ehtiyatlarının həcmi 15,3 milyard ABŞ dollar təşkil edir və 65% -i qızılın payına düşür. Eyni zamanda ölkənin pul ehtiyatı 2,4 milyard ABŞ dolları həcmindədir, bu barədə “El Universal”x9d portalı yazır.  

Hətta 2012-ci ildə Venesuela Avropadan öz ərazisinə 9 milyard ABŞ dolları dəyərində olan 160 ton qızılı geri qaytarıb. Venesuela bu qızılın təxminən 15%-ini ( 50 ton ) maliyyə əməliyyatları aparmaq üçün xaricdə saxlayıb. O zaman Venesuelanın prezidenti olan mərhum Uqo Çaves deyirdi ki, Karakas operativ beynəlxalq valyuta ehtiyatlarını “dost”x9d ölkələrində - Braziliya, Çin və Rusiyada yerləşdirməyi planlaşdırır. Tərcümə etdi: Ramil Həsənli.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin