İŞİD beş britaniyalının edam videosunu yaydı ”“ VİDEO

Hazırda oxunan: İŞİD beş britaniyalının edam videosunu yaydı ”“ VİDEO

114413
Terrorçu “İslam dövləti”x9d (İŞİD) qruplaşması şəbəkədə yeni videogörüntülər yayıb.

Oxu.Az xəbər verir ki, The İndependent qəzetinin məlumatına görə, yaraqlılar həmin şəxslərin guya Britaniya casusları olduğunu bildiriblər.

Videoçarxda yaraqlılar Böyük Britaniyanın baş naziri Devid Kemeronu təhdid edərək, onu Ağ Evin qulu adlandırırlar.

10 dəqiqəlik videoda narıncı geyimdə olan 5 nəfər Birləşmiş Krallığın xüsusi xidmət orqnalarına işlədiklərini etiraf edirlər. Yaraqlılardan biri bildirir ki, bir gün İŞİD Böyük Britaniyaya gələcək və buranı şəriət qanunları ilə idarə edəcək.

Hələlik videoçarxın doğruluğunu təsdiqləmək mümkün olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin