Sentyabrda əfvlə bağlı İşçi Qrupunun toplantısı olacaq...

Hazırda oxunan: Sentyabrda əfvlə bağlı İşçi Qrupunun toplantısı olacaq...

91779
Bütün proqnozların və gözləntilərin əksinə olaraq prezident İlham Əliyev yola saldığımız son aylarda bir sıra əlamətdar təqvim günləri olmasına baxmayaraq əfv sərəncamı verməkdən imtina etdi. Müşahidəçilər bunu Qərbin aşırı basqısına prezidentin qəzəbli adekvat cavabı kimi qiymətləndirdilər və xüsusən də Birinci Avropa Oyunları zamanı Avropanın sərgilədiyi antiAzərbaycan mövqeyə görə İlham Əliyevin əfv sərəncamı vermədiyini qabartdılar.

Ancaq münasibətlərdəki ziddiyyətlər nisbətən yumşalıb və üstəlik də qarşıdan parlament seçkiləri gəlir. O zaman əfv məsələsi yenidən aktuallıq kəsb edir və elə ona görə də Moderator.az təkrar bu məsələni gündəmə gətirərək tanınmış hüquq müdafiəçisi, siyasi məhbus məsələləri üzrə hakimiyyətlə birgə yaradılan İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlıya müraciət edərək aşağıdakı suallara cavab istəyib:

"Birgə işçi qrupunun üzvü kimi konkret sizə bu müddət ərzində neçə məhbus ailəsi kömək üçün müraciət edib?
Cəzaçəkmə Müəssisələrinə gedib əfv üçün müraciət edən məhbusların özünü dinləmək imkanınız olurmu?
Əfv Komissiyası üzvlərindən kimlərlə İşçi qrupu daha çox əməkdaşlıq edir?

M. Qəhrəmanlının cavabı olduqca qısa olub:

"4 ailə müraciət edib. Ərizəni İşçi qrupunun katibliyinə vermişəm. İşçi qrupuna daxil olan başqa QHT - lərə də ərizələr verilib. Sentyabr ayında İşçi Qrupuna daxil olan QHT - lər bir araya gəlib həm mövcud vəziyyəti müzakirə edəcəyik, həm də qrupa daxil olan ərizələri komissiyaya göndərəcəyik. Əfv Komissiyasından üzvlər deyil, yalnız katiblik İşçi Qrupu ilə əməkdaşlıq edir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin