Millət vəkili Qənirə Paşayeva Bolu valisi Aydın Baruşla xa0görüşdə Qarabağ problemi, Xocalı Soyqırımından danışıb və gənc nəsillərə ortaq tariximizi yaxşı öyrətməliyik deyib.xa0
xa0
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Beynəlxalq Koroğlu simpozimu ilə bağlı Boluya səfər edib və səfər çərçivəsində Bolu xa0valisi Aydın Baruşla xa0görüşüb. xa0“Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Sevincimiz də, acımız da ortaqdır. xa0Ümummilli xa0lider xa0Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”x9d-deyən millət vəkili vali ilə söhbət zamanı qardaş xa0Türkiyədə şəhid olan 57 şəhidlə bağlı valiyə başsağlığı verib, şəhidlərə xa0Allahdan rəhmət, yaxınlarına səbr diləyir və terroru lənətləyirik deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindən də geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər.Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımı törədənlərin xa0ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik.”x9d. Qənirə Paşayeva Bolu xa0valisi Aydın Baruşa həmmüəllifi olduğu Türkiyə türkcəsində xa0“Xocalı Soyqrımı tanıqların dilindən”x9d, ”x9dKarabağ hikayeleri”x9d kitablarını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Boluya Beynəlxalq Koroğlu Simpoziumunda çıxış və “Azərbaycan-Türkiyə münasibətləri:dünəni, bu günü, gələcəyi. xa0Ortaq acımız Dağlıq xa0Qarabağ münaqişəsi”x9d adlı konfrans xa0vermək üçün dəvət edildiyini, bu mövzuları özündə əks etdirən konfrans verəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu movzularda daha aktiv olmalıdırlar deyib. Bolu xa0valisiAydın Baruş öz növbəsində xa0görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq. Sizin vurğuladığınız mövzular ətrafında özəlliklə gənclərimizlə müzakirələrə böyük ehtiyac var və inanıram ki, çox faydalı olacaq”x9d. Millət xa0vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası”x9d kitabını təqdim edərək kitabın 20 gün sonra çıxacaq 2-ci hissəsində qədim xa0Bolu ilə bağlı yazdığı geniş yazının Fəxri Vətəndaşı olsudu Bolu və xa0əziz bolululara xa0 kiçik bir hədiyyəsi olacağını xa0deyib. O bildirib ki, bu kitabın nüsxələri Azərbaycanda universitet, məktəb, kitabxanalara hədiyyə edilib ki, gənclərimiz buradakı tarix, mədəniyyətimiz, insanımızı daha da yaxından tanısın. O, Azərbaycan insanına bu gözəl bölgəni daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərir deyib. Bayburtun xa0mərkəzi parklarından birinə Qarabağ, adının verilməsi ilə bağlı təklifinə bələdiyyə başqanının müsbət cavab verdiyini və artıq bu təklifin reallığa çevrildiyini deyən millət vəkili Qənirə Paşayeva bu addımın vacibliyi və əhəmiyyəti ilə bağlı fikirlərini də bölüşüb. Millət xa0vəkili xa0Bolu xa0valisi Aydın Baruş və xanımını ölkəmizə dəvət edib. Dəvəti böyük məmuniyyətlə qəbul edən Bolu xa0valisi Aydın Baruş Azərbaycana səfər etməkdən böyük sevinc duyacağını deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edərək Azərbaycanla Bolu xa0arasında əlaqələrinin daha da güclənməsinin də xa0çox mühüm olduğunu xa0dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Bolunun xa0da Azərbaycanın bölgələrindən biri ilə qardaşlaşması barədə işlər inşallah yaxın zamanlarda reallığa çevriləcək. Burada Boluda xeyli sayda gənclərimiz təhsil alır. Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizı təşəkkürümüzü bildiririk”x9d. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bolu xa0valisi Aydın Baruşa özünün müəllifi olduğu kitablarla yanaşı xa0Azərbaycanın tarixi, xa0mədəniyyəti, xa0Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən xa0kitabları, matreialları , rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin xa0hazırladığı xa0“Azərbaycan Həqiqətləri”x9d sənədli filmlər kataloqunu xa0və xa0Azərbaycan bayrağı hədiyyə edib.



































































































