İsa Qəmbər: “Zibil sivilizasiyanın artıqlarıdır”x9d

Hazırda oxunan: İsa Qəmbər: “Zibil sivilizasiyanın artıqlarıdır”x9d

91618
Moderator.az xəbər verir ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Göygölün zibillənməsi ilə bağlı danışıb. 

Həmin statusu diqqətinizə təqdim edirik: 

"Göygölümüz və zibil mövzusu bitmədiyi üçün mən də bir neçə kəlmə yazmaq istədim.

Yəqin xatırlayırsınız, Çingiz Aytmatovun "Əsrdən uzun sürən gün" romanı tülkünün dəmir yolu ətrafında vurnuxub, yem axtarması epizodu ilə başlayır. Yaxınlaşan qatardan qorxan tülkü qaçır və qərara gəlir ki, "dəmir yolunun qatarlar hərəkət etməyən (!) yerini" tapsın.

Tülkü bunu başa düşməyə bilər, amma məncə hər kəsə aydındır ki, dəmir yolu varsa qatarlar hərəkət edəcək və qatarlar hərəkət etdiyi məkanda zibil yaranacaq.

Sivilizasiya inkişaf etdikcə, onun artıqları da çoxalacaq. Zibil sivilizasiyanın artıqlarıdır.

Mədəniyyət isə tələb edir ki, insanlar təbiəti və cəmiyyəti mümkün qədər az zibilləsinlər və öz artıqlarını özləri təmizləsinlər.

İndi isə gələk əsas məsələyə: insanların mədəniyyətsizlikdən və ya məcburiyyətdən atdıqları və yığışdırmadıqları zibilləri yığışdırmaq hakimiyyətin vəzifələrindən biridir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin