Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin PKK sıralarına qoşulması ajiotaj yaradıb.
Xatırladaq ki, Youtube-a yerləşdirilən videoda özlərini Yıldırım Beyazıt Universitetinin sosioloji bölümündə oxuyan Fərəməz Azəri, Turqut Özal Universitetinin işlətmə fakültəsinin tələbəsi Babək Hakır və Balıkesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edən gənclər PKK sıralarına keçmələrinin səbəblərindən danışırlar.
MTN-in sabiq əməkdaşı, ekspert Arzu Nağıyev ANS PRESS-ə açıqlamasında, PKK-ya qoşulan tələbələrlə bağlı araşdırmalar aparıldığını söyləyib: “Bu şəxslərin hər biri haqqında çoxdan məlumatlar olub. Axtarışlar aparılır. Çox güman ki, onların hamısı barəsində axtarış elan olunub. Sadəcə, araşdırmanı sona çatdırandan sonra məlumat verəcəklər. Bəlkə heç həmin tələbələr deyil? Hər şey ola bilər. Bu gənclər solçuluğu təbliğ edən uşaqlar olublar. Hətta mitinq keçirməyə, qanunsuz təbliğatla məşğul olmağa cəhd ediblər. Bunların üzərində ciddi iş aparılıb. Kiminsə birdən-birə silahlanıb, terror təşkilatına qoşulması inandırıcı deyil...”x9d.
Ekspert azərbaycanlıların digər ölkələrdə döyüşə can atmalarına belə aydınlıq gətirib: “Hazırda ölkəmizdə döyüşlər getmir. Hərbidə müddətdən artıq qalanlar var. Bu şəxslərdə ideya başqadır. Suriyaya nə üçün döyüşməyə gedirlər? Soruşanda cavab verirlər ki, Şam müqəddəs şəhərdir. Məgər ana yurd müqəddəs deyil? Sadəcə, səbəb və məqsəd tamam başqadır. Əsas məsələ budur. Təbii ki, vətənpərvər ruhda olanlar da ölkəmizdə az deyil. Bu dəqiqə nə qədər istəsəniz, döyüşmək üçün könüllülər var. Sadəcə, təəssüflər olsun ki, bu tipli şəxsləri öz torlarına sala bilirlər. Hər şey maarifçilikdən asılıdır. Maarifçilik yüksək olmalıdır. Bu məsələyə böyük önəm verilməlidir”x9d.
Arzu Nağıyev belə şəxslərin ölkəmizdə qalmaları üçün görülməli olan işlərdən də söz açıb: “Bununla bağlı hüquq-mühafizə orqanları və Cinayət Məcəlləmiz var. Belə şəxslər barəsində cinayət işi açılır. Konkret maddə var. Ölkəyə qayıdanda bu şəxslərin başını sığallaya bilməzlər. Hüquqi yolları var. Yalnız belə yollarla bu kimi halların qarşısını almaq mümkündür. Xarici ölkədə adam öldürmə, qanunsuz qruplaşmaya daxil olma, sərhədi keçmə və s. kimi hallar qanunla cinayət yaradır. Bunlar ciddi surətdə araşdırılmalıdır”x9d.































































































