“Bakı 2015”x9ddə iştirak edəcək daha 14 ölkənin idmançıları artıq Bakıda - FOTOLAR

Hazırda oxunan: “Bakı 2015”x9ddə iştirak edəcək daha 14 ölkənin idmançıları artıq Bakıda - FOTOLAR

81243
Onlar avtobuslarla Atletlər kəndinə yola salınıblar.

Ölkəmizdə keçiriləcək  I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Almaniya, İsveçrə, İsveç, Ukrayna, Kipr, Polşa, Monteneqro, Estoniya, Hollandiya, Slovakiya, Macarıstan, İslandiya, Bolqarıstan və Serbiya idmançıları Azərbaycana gəliblər. 

Moderator.az-ın  məlumatına görə, onları Heydər Əliyev adına Hava Limanında  “Bakı 2015”x9d Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri qarşılayıblar.
 
İdmançılar daha sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar. Qonaqlar arasında sözügedən ölkələrin jurnalistlər və nümayəndə heyətləri də olublar. 14 ölkədən olan media nümayəndələrini Heydər Əliyev adına Hava Limanında  “Bakı-2015”x9d  Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Onlar da xüsusi avtobuslarla “Media Kəndi”x9dnə yola salınıblar.
 
Qeyd edək ki, yarışlara kimi “Bakı 2015”x9d Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev adına Hava limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərəcək.
 
Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların da 16-sı Olimpiya növləridir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin