"Azərsu" ucqar kəndlərdə içməli su təhcizatını gücləndirməyə davam edir

Hazırda oxunan: "Azərsu" ucqar kəndlərdə içməli su təhcizatını gücləndirməyə davam edir

80341
“Azərsu”x9d Açıq Səhmdar Cəmiyyəti içməli su çatışmazlığının müşahidə olunduğu ucqar kənd və qəsəbələrdə su təchizatının yaxşılaşdırılması məqsədi ilə layihələrin icrasını davam etdirir. Bu sahədə həyata keçirilən tədbirlər sırasında sərhədyanı və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin içməli su probleminin həll edilməsi mühüm əhəmiyyət kəsb edir. 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü”x9d peşə bayramı ərəfəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Yağlıvənd kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu”x9d ASC-nin həyata keçirdiyi layihənin icrası uğurla başa çatdırılmışdır. İyun ayının 4-də Yağlıvənd kəndinə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev kənd sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edərək bildirmişdir ki, Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda da genişmiqyaslı işlər həyata keçirilir: “Rayonun işğaldan azad olunmuş kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni artezian quyuları qazılır, bulaq və kəhrizlər sakinlərin istifadəsinə verilir. Rayonun yaşayış məntəqələri keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində işlər davam etdirilir”x9d.

“Azərsu”x9d ASC-nin “Birləşmiş Sukanal”x9d MMC direktorunun birinci müavini Vəli Həsənov regionlarının sosial-iqtisadi inkişafı dövlət Proqramlarına uyğun olaraq bölgələrdə, xüsusilə sərhədyanı kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir: “Cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində əhalinin sosial-iqtisadi problemlərinin həlli ölkə rəhbərliyinin diqqətindədir. Cənab Prezident İlham Əliyev cəbhə bölgəsində və sərhədyanı kəndlərdə su təchizatı infrastrukturlarının yaradılması ilə bağlı ciddi tapşırıqlar

vermişdir. Füzuli rayonunun Yağlıvənd kəndinin sakinləri uzun illərdir içməli sudan əziyyət çəkirdi və yay aylarında su çatışmazlığı özünü daha kəskin göstərirdi. Bunları nəzərə alaraq Yağlıvənd kəndində yeni layihənin icrasına başlanıldı və qısa müddətdə işlər başa çatdırıldı”x9d.

Tədbirdə çıxış edən kənd sakinləri içməli su probleminin həllinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişdirlər.

Qeyd edək ki, Yağlıvənd kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına 2014-cü ilin payızında başlanmışdır. Layihə çərçivəsində 1 ədəd subartezian quyusu qazılmış, 150 mm diametrli polietilen borularla 1,5 km magistral su xətti çəkilmişdir. Kənd daxilində 17 yerdə bulaqlar quraşdırılmışdır. Layihənin icrasının başa çatması nəticəsində 1650 nəfərin içməli su təchizatı yaxşılaşdırılmışdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin